Azyaşlı qızlarını atıb qaçan ana tapıldı - TƏFƏRRÜAT (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Azyaşlı qızlarını atıb qaçan ana tapıldı - TƏFƏRRÜAT (YENİLƏNDİ)

Masallıda övladlarını ataraq qaçan qadının kimliyi məlum olub. Qadının Masallı rayon Təklə kənd sakini 1993-cü il təvəllüdlü Məmmədova Yeganə Firqət qızıdır.

Publika.az-a kənd bələdiyəsindən verilən məlumata görə, Yeganə Məmmədova ailə vəziyyəti ilə əlaqədar depressiyada olub: "Qadın evli olub? iki qız övladı var. Özü epilepsiya xəstəsidir. Kənddə onu çox adam tanımır. Sakit ailə olublar. Atası da? anası da qızın niyə belə bir addım atdığını bilmir. Bakıya getməsi ilə bağlı söz-söhbətlər olsa da, dəqiq heç nə bilmirik. Ailəli olsa da? boşanıblar. Bakıda hansısa qohumunun evinə gedib. Atasından aldığımız məlumata görə, qızı tapıb və bu gün kəndə gələcəklər".

***

Masallıda övladlarını ataraq qaçan qadın tapılıb.

23 yaşlı Y.M Bakıdakı qohumlarına zəng edərək, paytaxtın 8-ci mikrorayon ərazisində olduğunu bildirib.

Qeyd edək ki, Y.M yanvarın 11-də məktub yazaraq, valideynlərinə layiq övlad olmadığını, başqa yerə gedərək intihar edəcəyini bildirmişdi. Onun 5 və 6 yaşlarında iki qızı var. (apa)

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm