Həbsdə olan şair azad olunmaq üçün məhkəməyə müraciət etdi
Bizi izləyin

Hadisə

Həbsdə olan şair azad olunmaq üçün məhkəməyə müraciət etdi

Həbsdə olan yazıçı-şair Saday Şəkərli vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib.

Publika.az xəbər verir ki, şairin müraciəti Nizami rayon Məhkəməsinə təqdim edilib.

Şairin vəkili Fəxrəddin Mehdiyev deyib ki, Saday Şəkərli 2015-ci il dekabrın 23-də həbs olunub, ona verilən 5 il həbs cəzasının iki ilini çəkib: “Onun indiki halda azadlığa buraxılması mümkündür”.

Şairin ərizəsi məhkəməyə təqdim olunsa da, işə hansı hakimin baxacağı və məhkəmənin vaxtı hələlik məlum deyil.

İttihama görə, Saday Şəkərli 2015-ci il dekabrın 23-də Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilərək həbs olunub. O, keçmiş vergilər nazirinin müşaviri Asif Cahangirovu hədələyib, ondan 10 min manat pul almaqda suçlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 16 may tarixli hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi isə həmin hökmü dəyişdirərək onun cəzasını 5 ilə endirib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm