Bakının mərkəzində yaşayış BİNASINDA DƏHŞƏTLİ YANĞIN - FOTO/VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakının mərkəzində yaşayış BİNASINDA DƏHŞƏTLİ YANĞIN - FOTO/VİDEO - (YENİLƏNDİ)

Bakı şəhərinin Səbail rayonunda dördmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın məhdudlaşdırılıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumta agörə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hazırda yanğın məhdudlaşdırılıb. Bəzi tüstülənmə ocaqlarının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, yaşayış binasında baş verən yanğın hələ də, söndürülməyib:

“Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır. Yanğının qonşu binalar keçməsinin qarşısı alınıb. Lakin hələ ki, tam söndürülməyib. Yanğın nəticəsində xəsarət alanın olub-olmaması barədə məlumat yoxdur”.

***

Fövqəladə Hallar Nazirliyi Bakı şəhərinin Səbail rayonunda dördmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın hadisəsi barədə məlumat yayıb.

Publika.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

***

Bakıda yaşayış binasında yanğın davam edir.

APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, yanğının söndürülməsi üçün hadisə yerində 10-dan çox yanğınsöndürən maşın işləyir.

Hadisə yerinə təcili tibbi yardım maşını da cəlb olunub.

Külək yanğının qarşısının alınmasına çətinliklər yaradır.

Sakinlər binadan təxliyə olunub.

***

Bakıda yaşayış binasında yanğın başlayıb.

APA-nın məlumatına görə, hadisə "Azneft" meydanı yaxınlığında beşmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Alovun qarşısının alınması üçün tədbirlər görülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm