Hadisə
Rusiya və Azərbaycanda axtarışda olan kişiylə qadın tutuldular: İstirahət mərkəzində imişlər
Cinayət əməli törətdiklərinə görə axtarışda olan iki nəfər Masallı rayonu ərazisində narkotiklə tutulub.
Publika.az-ın APA-ya istinadən məlumatına görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri M. Talışxanov küçəsində yerləşən istirahət mərkəzinin kotecində istirahət edən Rusiya Federasiyasında Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə axtarışda olan 1974-cü il təvəllüdlü rayonun Hişkədərə kənd sakini Namiq İmamverdi oğlu Feyzullayev və Azərbaycan Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə Nizami Rayon Polis İdarəsində axtarışda olan 1979-cu il təvəllüdlü Bakı şəhər sakini Elza Teymur qızı Yarıyeva saxlanılıb.
Baxış keçirilən zaman N. Feyzullayevin üzərinə 11.900 qram narkotik vasitə olan tiryək, həmin kotecdə olan dolabdan isə ona məxsus ümüumi çəkisi 365.0 qram narkotik vasitə qurudulmuş marixuana, 0.293 qram psixotrop maddə metafetamin, 1.313 qram narkotik vasitə heroin aşkar olunub. Həmin kotecdə E. Yarıyevaya məxsus əl çantasından 1.396 qram narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.
İşlə bağlı Masallı Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanıb, istintaq davam etdirilir.
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil19 Aprel 20:40
Buraxılış imtahanının nəticələri açıqlandı