Lokbatanda ŞOK HADİSƏ: Arvadını yastıqla boğub öldürdü
Bizi izləyin

Hadisə

Lokbatanda ŞOK HADİSƏ: Arvadını yastıqla boğub öldürdü

Cəlilabad sakini həyat yoldaşını yastıqla boğaraq öldürüb.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, hadisə yanvarın 20-də baş verib.

Qaradağ rayonunun Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini Elvin Qəhrəmanlı yaşadığı evdə münaqişə zəminində arvadı Güneli yastıqla boğaraq qətlə yetirib.

Qaradağ RPİ 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qəhrəmanlı saxlanılaraq istintaqa təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm