Lənkəranı gecələr dəhşətə salan Fərrux DANIŞDI: "İntiqam alırdım"
Bizi izləyin

Hadisə

Lənkəranı gecələr dəhşətə salan Fərrux DANIŞDI: "İntiqam alırdım"

Lənkəran rayonunun Liman şəhəri ərazisində evlərə girərək sakinləri döyməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Fərrux Sabir oğlu Zeynalov əməllərini bilərəkdən törətdiyini deyib.

Publika.az-ın aldığı məlumata görə, Liman şəhəri M.Ə.Rəsulzadə küçəsində qeydiyyatda olan 1991-ci il təvəllüdlü Fərrux Sabir oğlu Zeynalov bu gün saxlanılaraq Lənkəran rayon polis bölməsinə aparılıb. Dindirilmə zamanı o, döydüyü şəxslərlə ədavətli olduğunu və cinayətləri bilərəkdən törətdiyini bildirib.

İlkin məlumatlara görə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında qapalı kəllə-beyin travmasından həyatını itirən 1972-ci il təvəllüdlü Miriyeva Samirə ilə aralarında səbəbi məlum olmayan qərəz olub. Fərrux da qadından intiqam almaq məqsədilə onların evinə girib və qadını ölümcül vəziyyətə salıb.

Aldığımız məlumata görə, Fərrux Zeynalovun kənddə digər qonşularla da mübahisəsi olub. Bu səbəbdən də hücum etdiyi evləri təsadüfi seçməyib.

Xatırladaq ki, Liman şəhər sakini olan iki nəfər yanvarın 13-də, daha iki nəfər isə yanvar 14-də evlərində döyülüb. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Döyülənlərdən 1972-ci il təvəllüdlü Samirə Miriyeva xəstəxanada dünyasını dəyişib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm