Azərbaycanlı jurnalist 39 yaşında dünyasını dəyişdi
Bizi izləyin

Hadisə

Azərbaycanlı jurnalist 39 yaşında dünyasını dəyişdi

Tanınmış jurnalist Nicat Məlikov 39 yaşında dünyasını dəyişib.

Publika.az APA-ya istinadən xəbər verir ki, yaxınlarının dediyinə görə, N.Məlikov qəfil özünü pis hiss edib və keçinib. Onun ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur.

Qeyd edək ki, N.Məlikov jurnalist fəaliyyətinə “Zerkalo” qəzetində müxbir kimi başlayıb. Sonradan həmin nəşrin siyasət şöbəsinin müdiri vəzifəsində çalışıb.

Bir müddət “APA Holdinq”ə daxil olan “Vesti.Az” saytında müxbir kimi çalışıb.

Allah rəhmət eləsin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm