Bakıda motosiklet aşdı, sürücü ağır yaralandı
Bizi izləyin

Hadisə

Bakıda motosiklet aşdı, sürücü ağır yaralandı

Bakının Nərimanov rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, rayon ərazisində hərəkətdə olan motosikletin aşması nəticəsində 1996-cı il təvəllüdlü Vəliyev Rabil Natiq oğlu açıq kəllə-beyin travması alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm