Taksi sürücülərinə qarşı soyğunçuluq edənlər ƏLƏ KEÇDİ
Bizi izləyin

Hadisə

Taksi sürücülərinə qarşı soyğunçuluq edənlər ƏLƏ KEÇDİ

Bakıda taksi sürücülərinə qarşı soyğunçuluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumatda bildirilib ki, saxlanılan şəxslər taksi sürücülərinin mobil telefonlarını açıq talama, yəni soyğunçuluq yolu ilə ələ keçiriblər.

Belə ki, Bakı şəhər sakini Kamil Nəcəfov Xətai Rayon Polis İdarəsinə müraciət edərək yanvarın 2-də iki nəfər tanımadığı şəxs onun taksi fəaliyyəti ilə məşğul olduğu “Mercedes” markalı nəqliyyat vasitəsinə müştəri kimi əyləşərək onları NZS qəsəbəsinə aparmağlarını xahiş etdiklərini bildirib. Deyilən ünvana çatanda isə avtomobilin salonunda olan sürücüyə məxsus dəyəri 445 manat olan “Samsung” markalı mobil telefon həmin şəxslər tərəfindən soyğunçuluq yolu ilə ələ keçirilib.

İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Yevlax şəhər sakini Siyavuş Salmanov və Salyan rayon sakini İsa Quliyev saxlanılıb.

Saxlanılan şəxslərin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə onların taksi fəaliyyəti ilə məşğul olan daha 6 sürücünün mobil telefonunu eyni üsulla ələ keçirdikləri məlum olub.

Qeyd edilən faktla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir. Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxslərin digər analoji cinayətlərdə iştiraklarını da istisna etmirlər. Onların qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya Xətai RPİ-yə müraciət edə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm