Axtarışda olan 43 nəfər tutuldu
Bizi izləyin

Hadisə

Axtarışda olan 43 nəfər tutuldu

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 109 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb.

Publika.az xəbər verir ki, axtarışda olduğuna görə 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bildirilir ki, respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Həmçinin daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm