6 yaşlı uşağa təcavüz edib öldürdü - DƏHŞƏTLİ CİNAYƏT
Bizi izləyin

Hadisə

6 yaşlı uşağa təcavüz edib öldürdü - DƏHŞƏTLİ CİNAYƏT

6 yaşlı uşağa təcavüz edən kişiyə 4 dəfə edam cəzası verildi.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Pakistanın Kasur şəhərində 24 yaşlı İmran Əli adlı şəxs 6 yaşlı Zeynəb Ənsariyə təcavüz edib daha sonra öldürüb.

İ.Əlinin məhkəməsində “yalan aparatı” da istifadə edilib və DNT nümunələri götürülüb. Məlumata görə, İ.Əli törətdiyi hadisəni etiraf edib, hətta vəkili belə onu müdafiə etməkdən imtina edib. İ.Əliyə adam qaçırma, cinayət, terror, cinsi istismar kimi ittihamlarla 4 dəfə edam cəzası, 29 min dollar pul cəzası verilib.

Hadisə 6 yaşlı Zeynəbin ailəsinin qətiyyətli axtarışlarından sonra aydınlanıb. Zeynəbin cansız cəsədi yanvarın 9-da Lahor əyalətində zibil yeşiyindən tapılıb. Polisin Zeynəbi öldürənləri axtarmaq üçün lazımı səy göstərmədiyini düşünən yerli sakinlər etiraz aksiyası keçirmişdi. Polis idarəsinə basqın edənlər arasında 2 nəfər isə atışma nəticəsində öldürülmüşdü.

İddiaya görə qatilin müəyyən edildiyi təhlükəsizlik kameraları belə polis deyil, Zeynəbin ailəsinin mübarizəsi nəticəsində aşkarlanıb.

Polis onun bölgədə başqa qız uşaqlarını da qaçırıb eyni şəkildə öldürməsindən şübhələnib. Araşdırma nəticəsində cinayətkarın son iki ildə 12 belə cinayət törətdiyini məlum olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm