Mingəçevirdə yol qəzası - Xəsarət alanlar var
Bizi izləyin

Hadisə

Mingəçevirdə yol qəzası - Xəsarət alanlar var

Mingəçevirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, şəhərin Samux küçəsi ilə hərəkətdə olan “VAZ-21099” markalı maşın “VAZ-21010” ilə toqquşub.

Nəticədə biri gənc, digəri yaşlı şəxs olmaqla iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzada başı yarılan gənc həkim yardımından imtina edib. Digər yaralı – "VAZ-21010”nun 1960-cı il təvəllüdlü sürücüsü Mirzəyev Rafiq Məhəmməd oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm