Göyçayda 6 otaqlı ev yandı
Bizi izləyin

Hadisə

Göyçayda 6 otaqlı ev yandı

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Potu kəndində qeydə alınıb. Kənd sakini, 1979-cu il təvəllüdlü Elxan Məmmədova məxsus ümumi sahəsi 540 kvadratmetr olan ikimərtəbəli 6 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Evin 6 kvadratmetrlik hissəsi yanıb, qalan hissəsi yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm