İki gündə silsilə cinayətlər törədən tutuldu - Gəncədə
Bizi izləyin

Hadisə

İki gündə silsilə cinayətlər törədən tutuldu - Gəncədə

Gəncə şəhərində iki gün ərzində baş verən silsilə cinayətlərin üstü açılıb.

Publika.az xəbər verir ki, Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Seymur Rəhimovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən şəhər sakini Zaur İsmayılov saxlanılıb.

Onun 3 həyətyanı sahədən ev quşları və elektrik kabeli, 1 mağazadan spirtli içki və tütün məmulatı, 2 avtomobildən akkumulyator, 1 nəfərin isə 45 manat pulunu və təmir-tikinti alətlərini oğurlaması da müəyyən edilib.

İstintaq araşdırması zamanı Zaur İsmayılovun əvvəllər məhkum olunması üzə çıxıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm