İsmayıllı və Qəbələdə ev yandı
Bizi izləyin

Hadisə

İsmayıllı və Qəbələdə ev yandı

İsmayıllı rayonu, Buynuz kəndində ümumi sahəsi 144 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Qəbələ rayonunda da evdə yanğın olub. Belə ki, ümumi sahəsi 121 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otağının çardağının yanar konstruksiyaları 20 m2 sahədə və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm