Bakıda söyüş üstündə qanlı dava - TƏFƏRRÜAT
Bizi izləyin

Hadisə

Bakıda söyüş üstündə qanlı dava - TƏFƏRRÜAT

Sabunçu qəsəbəsində Yavər Rüstəmov şəxsi münasibətlər zəminində Namiq Cavadovu bıçaqlayıb.

Publika.az xəbər verir ki, yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Cinayəti törədən Yavər Rüstəmov saxlanılıb. Məlum olub ki, hadisə söyüş üstündə baş verib. Namiq Cavadov Yavər Rüstəmovun ünvanına nalayiq ifadələr işlədib. Bundan əsəbiləşən Yavər Rüstəmov bıçağa əl atıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm