Göygöldə itkin düşən gəlin tapıldı
Bizi izləyin

Hadisə

Göygöldə itkin düşən gəlin tapıldı

Göygöl rayonunda itkin düşən gəlinin 11 gün ərzində harada yaşadığı məlum olub.

11 gün əvvəl qayınatası ilə birgə Göygöl şəhərinə gələn və qəflətən orada taksiyə minərək Gəncə şəhəri istiqamətinə gedən gəlin Gülüstan qəsəbəsində düşərək rəfiqəsi ilə görüşüb. Əvvəlcədən planlaşdırdıqları kimi şəhər ərazisində kirayə ev tutub və 11 gün ərzində orada yaşayıb. A.Ağakişiyeva kosmetoloq olduğundan öz sahəsinə uyğun iş də tapıb.

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılaraq şöbəyə gətirilən qadın ifadəsində bildirib ki, qayınana və qayınatası ilə yola getmədiyi üçün bu addımı atıb. O, bu 11 gün ərzində ailəsindən heç kimlə əlaqə saxlamadığını deyib.

A.Ağakişiyeva dindirilmədən sonra ailəsinə təhvil veriləcək. (report)

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm