Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
Bizi izləyin

Hadisə

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Dünən daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələrin statistikası açıqlanıb.

Publika.az xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 136 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb.

Axtarış olan 19 nəfər saxlanılaraq aidiyyatı orqanlara təhvil verilib. Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm