Gəncədə polis rəisinin nöqsanlarına görə işdən çıxarılması xəbərinə RƏSMİ REAKSİYA
Bizi izləyin

Hadisə

Gəncədə polis rəisinin nöqsanlarına görə işdən çıxarılması xəbərinə RƏSMİ REAKSİYA

Bu gün bəzi KİV-lərdə Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi Rəhim Zalovun tutduğu vəzifəsindən azad olunduğuna dair xəbərlər yayılıb.

Məlumatı dəqiqləşdirmək üçün Gəncə şəhər Baş Polis İdarəsi ilə əlaqə saxladıq. İdarədən Publika.az-a verilən məlumata görə, Rəhim Zalov vəzifəsindən azad edilməyib: "Rəhim Zalov hazırda DYP rəisi olaraq öz vəzifə səlahiyyətlərini yerinə yetirir. Belə bir rəsmi qərar qəbul edilməyib. Yayılan informasiyalar əsassızdır".

KİV-də yayılan məlumatlara görə, Rəhim Zalovun DYP rəisi vəzifəsindən uzaqlaşdırılmasına səbəb işində yol verdiyi çoxsaylı nöqsanlar olub.

Belə ki, bir neçə gün əvvəl Daxili İşlər Nazirliyindən xüsusi yoxlama qrupu Gəncə şəhər Baş Polis İdarəsində və Yol Polisi Şöbəsində yoxlamalar aparıb. Rəhim Zalovun işdən azad edilməsi həmin yoxlamaların nəticəsi ilə bağlıdır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm