13 gün əvvəl evdən qaçan gəlinin ANASI: "Qızım dəli deyil, xəstə deyil evdən qaça"
Bizi izləyin

Hadisə

13 gün əvvəl evdən qaçan gəlinin ANASI: "Qızım dəli deyil, xəstə deyil evdən qaça"

Göygöl rayonunun Mollacəlilli kəndində evdən qaçan 2 ayın gəlini 20 yaşlı Asiya Ağakişiyeva tapılıb. Artıq 13 gündür evdən gedən A.Ağakişiyevanın fen almaq üçün qayınatası ilə mağazaya getdiyi və ərazi yaxınlığından taksiyə minərək uzaqlaşdığı bildirilib:

“Mağazada kamera var. Gəlin maşından düşüb, mağazaya girir. Yuxarı çıxıb sonra düşür, mənim arxamda bir taksiyə oturur, gedir"

Qayınatası iddia edirdi ki, A.Ağakişeyvanın qardaşı arvadı ona deyib ki, oğlu ilə evlənməzdən qabaq gəlinin kənddə başqa bir oğlanla münasibəti olub.

Gəlinin tapılması ilə bağlı Publika.az-a Asiya Ağakişiyevanın anası Gümanə Ağakişiyeva məlumat verib. O bildirib ki, qızını Gəncə şəgərində süpürgəçi bir qadının evində tapıblar:

“Qızım 13 gündür ki, yoxdur. Neçə gündür polis bir tərəfdən, biz bir tərəfdən qızımı axatrırıq. Nəhayət polis onu Gəncə şəhərində süpürgəçi bir qadının evində tapıb. Harda bir-birləri ilə görüşüblər, necə gedib, bilmirəm. Həmin xanımı tanımırıq. Elə onlarda qalırmış. Deyirmiş ki, evdə məni incidirlər. Qayınanam zülm eləyir. Qayınatam mənə kobud davranır, təhqir edir, rahatlıq vermirlər. Kim nə deyir desin, o mənim balamdı. Necə yəni kaş tapılmayaydı?! Allaha şükür, sağ-salamat tapdıq. Mənim qızım xəstə deyil, dəli deyil ki, evdən qaçsın. Bilmirəm dəqiq nə baş verib, kim ona nə deyib, küsdürüb ki, evdən çıxıb gedib. Heç birimizə də bir kəlmə xəbər etməyib. Ailədə söz də olar, söhbət də olar. Amma gör nə həddə çatdırıblar ki, Asiya evi tərk edib. Canına xətər yetirsəydi, nə olacaqdı? Asiya yaxşıdı. İndi evdə yoxdur, ər evinə qayıdıb-qayıtmayacağını isə bilmirəm. Qızım nə qərar versə, biz də ona dəstək olacağıq”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm