Prokuror generallara iş istədi - Natəvan Mirvətovaya 12 il... - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Prokuror generallara iş istədi - Natəvan Mirvətovaya 12 il... - (YENİLƏNDİ)

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov və digərlərinə prokuror cəza istəyib.

O, Sübahir Qurbanovun 16 il cəza verilməsini isitəyib.

Dövlət ittihamçısı generallar Teymur Quliyevin 16 il, general Natəvan Mirvətovanın 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyevin 15 il , Zaur Məmmədovun 14 , Natiq Alıyevin 14, Fərhad Atayevin 7il, Anar Şirəliyevin 7 il , Eşqin Əliyevin 7 il və Elşad Əzizovun 8 il il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Prokuror zamində olan Natavan Mirvətovanın həbs edilməsini istəyib.

Prokuror təqsirləndirilən şəxslərin əmlaklarının müsadirəsi və zərərçəkmişlərin mülki iddiaları ilə bağlı qanunun tələblərinə uyğun qərar çıxarılmasını, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin 1 milyon manatlıq mülki iddiasının təmin olunmasını tələb edib.

Təqsirləndirilən şəxslərin vəkilləri çıxışa hazırlaşmaq üçün bir ay baxt istəyib. Məhkəmə onlara 1 həftə vaxt verib.

***

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mürvətova və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başlanıb.

Publika.az xəbər verir ki, proses Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutub. Məhkəmənin binası xüsusi nəzarətə götürülüb.

Prosesin qapalı keçirildiyi əsas gətirilib, jurnalistlər məhkmə zalına buraxılmayıb.

Bakı Hərbi Məhkməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesdə prokurora çıxış üçün söz verilib. Prokuror ittiham nitqi ilə çıxışa başlayıb.

Həbsdə olan generallar Teymur Quliyev və Sübahir Qurbanov, həmçinin onlarla birlikdə ittiham olunan MTN zabitləri məhkəməyə kanvoyun xüsusi nəzarəti altında gətirilib.

Barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilmiş xanım general Natavan Mirvətova isə sərbəst olaraq məhkəməyə gəlib.

Hazırda proses davam edir.

***

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə bu gün prokuror ittiham nitqi ilə çıxış edəcək.

Publika.az xəbər verir ki, təqsirləndirilən şəxslərin işinə Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi kollegiyada baxılır.

Fevralın 12-də prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəmişdi. Bu gün saat 11.00-da başlanacaq prosesdə prokuror təqsirləndirilən şəxslərə cəza istəyəcək.

İttihama görə, Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizov 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində çoxsaylı cinayətlər törədiblər.

Onlar gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şəxslərin telefon danışıqlarına gizli qulaqasıblar, onlardan hədə-qorxu yolu ilə külli miqdarda pul alıblar.

Bundan başqa, həmin şəxslərin psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən edilib.

Məhkəmə qərarı ilə təqsirləndirilən şəxslərə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (vəzifə saxtakarlığı), 320.1, 320.2 (rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm