Moskvada azərbaycanlı biznesmen güllələndi - VİDEO
Bizi izləyin

Hadisə

Moskvada azərbaycanlı biznesmen güllələndi - VİDEO

Rusiya paytaxtı Moskvanın cənubunda azərbaycanlı biznesmen Anar Əliyev güllələnib.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, o, şəxsi “Lexus” avtomobilində olarkən naməlum silahlının hücumuna məruz qalıb və başından güllə yarası alıb.

O, xəstəxanaya çatdırılsa da, həkimlər biznesmenin həyatını xilas edə bilməyib. Qətlin sifarişli olduğu bildirilir.

Məlumata görə, qatil qurbanını həyətdə gözləyirdi. Cinayətkarın "Makarov" tipli tapançadan atəş açdığı bildirilir. O, ən azı 4 dəfə atəş açıb. Onlardan biri biznesmenin başına dəyib.

Cinayəti törədən şəxsin şəxsiyyətini müəyyənləşdirmək üçün tədbirlər görülür.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm