Beyləqanda ZƏNCİRVARİ QƏZA: 2 ölü
Bizi izləyin

Hadisə

Beyləqanda ZƏNCİRVARİ QƏZA: 2 ölü

Beyləqanda zəncirvari qəza nəticəsində iki nəfər ölüb.

Publika.az FHN-nin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Beyləqan rayonunda 3 ədəd “VAZ” markalı minik avtomobili və "BMW" markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü, 1970-ci il təvəllüdlü Abdullayev Etibar Kamal oğlu və sərnişin, 1976-ci il təvəllüdlü İmrəliyev Arif Vaqif oğlunun cəsədlərini deformasiyaya uğramış “VAZ” markalı avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm