Çempionu öldürən həbsxanaya göndərildi - QƏRAR
Bizi izləyin

Hadisə

Çempionu öldürən həbsxanaya göndərildi - QƏRAR

Azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədovanın faciəli ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş Əlifağa Məmmədovun barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Əlifağa Məmmədovun cəzasının yüngülləşdiriıməsi barədə verdiyi apelyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əlifağa Məmmədov 7 il il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il iyunun 28-də axşam saatlarında Xətai rayonu Zığ şosesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında 1962-ci ildə Masallı rayonunda anadan olmuş Əlifağa Məmmədov BMV markalı, "90 XU 928" dövlət nömrə nişanlı maşınla yolu keçən 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm