Mingəçevirdə idmançının xəsarət almasının TƏFƏRRÜATI - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Mingəçevirdə idmançının xəsarət almasının TƏFƏRRÜATI - (YENİLƏNDİ)

Mingəçevirdə yerləşən "Kür" Olimpiya İdman Tədris Mərkəzində təlim-məqş toplanışında olan idmançının xəsarət almasının təfərrüatı məlum olub.

Mərkəzin direktoru Natiq Abbasov bildirib ki, hadisə ehtiyatsızlıq zəminində baş verib.

O deyib ki, idmançı intihara cəhd etməyib: "Bu, intihara cəhd deyil. Sadəcə olaraq, Lyapunov bir az əsəbidir. Tualetin qapısını aça bilmədiyi üçün özündən çıxıb və şüşəyə yumruq vurub. Nəticədə, damarları kəsilib. O, dərhal xəstəxanaya çatdırılıb və qoluna tikiş qoyulub. Hazırda səhhəti normaldır. O, bu gün Bakıdakı xəstəxanalardan birinə aparılacaq. Hadisə ilə bağlı polis tərəfindən də araşdırma aparılır”.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan da bildirilib ki, hadisə ehtiyatsızlıqdan baş verib: "İdmançının intihara cəhd etməsi barədə yazılanlar doğru deyil". (report)

***

Mingəçevirdə özünə qəsd edən rusiyalı idmançının kimliyi məlum olub.

Bu, Aleksandr Aleksandroviç Lyubotirovdur.

İlkin məlumata görə, o, sağ qolunu və digər qol nahiyələrini kəsərək bilinməyən səbəbdən özünə qəsd edib. Təcili xəstəxanaya çatdırılan yaralı dərhal əməliyyat olunub.

Faktla bağlı araşırma aparılır. (Report)

***

Mingəçevirdə Rusiyadan olan idmançı özünə qəsd edib.

"Report" xəbər verir ki, hadisə axşam saatlarında "Kür" Olimpiya İdman Tədris Mərkəzində baş verib.

Belə ki, avarçəkmə üzrə Rusiya yığmasının adı hələ dəqiqləşdirilməmiş təmsilçisi qollarını doğrayaraq intihara cəhd edib.

Yaralı təcili xəstəxanaya çatdırılıb. Hadisənin əsl səbəbi hələ ki, məlum olmasa da, onun sərxoş vəziyyətdə olduğu deyilir.

Qeyd edək ki, hazırda avarçəkmə üzrə Rusiya yığması Mingəçevirdəki tədris mərkəzində təlim keçir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm