Balakəndə 29 yaşlı kişi bıçaqlandı
Bizi izləyin

Hadisə

Balakəndə 29 yaşlı kişi bıçaqlandı

Balakəndə bıçaqlanma olub.

Axşam saat 20 radələrində Balakən şəhər sakini 1989-cu il təvəllüdlü Ruslan Yura oğlu Şıxıyev qarnının ön divarının kəsilmiş-deşilmiş bıçaq yarası ilə Balakən Mərkəzi rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan verilən məlumata görə, Ruslan Şıxıyevin üzərində cərrahiyə əməliyatı aparılıb, müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

Balakən rayon Polis Şöbəsindən verilən məlumatda Ruslan Şıxıyevin bıçaqlanmısı faktı təsdiqlənib, hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm