Bakı-Qazax yolunda DƏHŞƏTLİ QƏZA: 2 ölü, 6 yaralı - - FOTO
Bizi izləyin

Hadisə

Bakı-Qazax yolunda DƏHŞƏTLİ QƏZA: 2 ölü, 6 yaralı - - FOTO

Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.

Hacıqabulun Atbulaq kəndi ərazisində “Mercedes” markalı avtomobilin yolda təmir işləri aparan maşınla toqquşması nəticəsində iki qadının öldüyü, 4 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlardan biri “Mercedes”in sürücüsü, 3-ü isə avtomobildə olan azyaşlılardır.

Xəsarət alan uşaqlardan ikisinin vəziyyəti daha ağır qiymətləndirilir.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobildə sıxılmış vəziyyətdə qalan meyitləri çıxarıblar. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm