Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Bizi izləyin

Hadisə

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

Belə ki, avtomobil yolu keçmək istəyən 76 yaşlı Knyaz Bayramovu vuraraq öldürüb. İlkin məlumata əsasən piyada "VAZ-2106" markalı avtomobil tərəfindən vurulub.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm