Şəkidə özünü güllələyən 17 yaşlı qız futbolçudur (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Şəkidə özünü güllələyən 17 yaşlı qız futbolçudur (YENİLƏNDİ)

Şəkidə özünü güllələyən 17 yaşlı qız əməliyyat olunub.

Publika.az ARB-yə istinadən xəbər verir ki, cərrahiyyə şöbəsinə yerləşdirilən Firəngiz Əzizova əməliyyat olunub, onun vəziyyəti ağır qiymətləndirilir.

Firəngiz Əzizova eyni zamanda Şəkinin qızlardan ibarət “Gənclik” futbol klubunun qapıçısıdır. O, futbol üzrə qızlardan ibarət milli komandaya dəvət alıb.

***

Şəkidə 11-ci sinif şagirdi özünü güllələyib.

APA-nın məlumatına görə, martın 16-dan 17-ə keçən gecə rayonun Şorsu kənd sakini, 2001-ci il təvəllüdlü Firəngiz Qalib qızı Əzizova döş qəfəsinin və qarın boşluğunu dəlib-keçən güllə yaraları xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan verilən məlumata görə, müayinə zamanı 17 yaşlı Firəngiz Əzizovanın hələlik bilinməyən səbəbdən yaşadığı ünvanda atasına məxsus ov tüfəngi ilə özünü güllələdiyi məlum olub.

Firəngiz Əzizovanın üzərində təcili cərrahiyyə əməliyyatı keçirilib, hazırda müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir. Firəngiz Əzizovanın 11-ci sinif şagirdi olduğu bildirilir.

Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm