Bakıda sərnişin avtobusu 60 yaşlı qadını öldürdü
Bizi izləyin

Hadisə

Bakıda sərnişin avtobusu 60 yaşlı qadını öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda, Bakı-Şamaxı yolunda qeydə alınıb.

Belə ki, 114 saylı marşrut avtobusunun Aslan adlı sürücüsü yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən Baki şəhər sakini, 1958-ci il təvəllüdlü Kərimova Bibixanim Əlislam qızını vurub. Nəticədə o, ağır xəsarət alıb.

Yaralı qəzanı törədən sürücü tərəfindən avtobusla 1 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm