Balakəndə 25 yaşlı oğlan bıçaqlandı
Bizi izləyin

Hadisə

Balakəndə 25 yaşlı oğlan bıçaqlandı

Balakəndə 25 yaşlı oğlan bıçaqlanıb.

Bu gün axşam saat 19 radələrində Balakən şəhər, N. Nərimanov küçəsi ev 45 ünvanında yaşayan 1993-cü il təvəllüdlü İsrafil Fərhad oğlu Əliyev bıçaq yarası xəsarəti ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

Müayinə zamanı 25 yaşlı İsrafil Əliyevə döş qəfəsinin sağ tərəfinin arxa hissəsinin kəsilmiş-deşilən və daxilə nüfuz edən bıçaq yarası dioqnozu qoyulub. İsrafil Əliyevin üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

Balakən rayon Polis Şöbəsindən verilən məlumatda İsrafil Əliyevin bıçaqlanması faktı təsdiqlənib, hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib. Məlumatda bildirilir ki, İsrafil Əliyev Balakən MRX-da diş həkimi işləyən Fərhad Əliyevin oğludur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm