Bolqarıstan vətəndaşları Göygöldə qəzada öldü
Bizi izləyin

Hadisə

Bolqarıstan vətəndaşları Göygöldə qəzada öldü

Bakı-Qazax yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, rayonun Hacıməlik kəndində Bolqarıstan dövlət qeydiyyat nişanlı avtomobil yolun dəmir maneəsinə çırpılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Nəticədə sürücü və sərnişin ağır xəsarət alaraq keçinib. Onlardan biri hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib.

Hər iki şəxsin Bolqarıstan vətəndaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm