Şamaxıda DƏHŞƏTLİ HADİSƏ: qız üçün Novruz sovqatı apara bilməyən nişanlı oğlan...
Bizi izləyin

Hadisə

Şamaxıda DƏHŞƏTLİ HADİSƏ: qız üçün Novruz sovqatı apara bilməyən nişanlı oğlan...

Şamaxı rayonunda gənc oğlan intihar edib.

Publika.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 12.00 radələrində rayonun Ovculu kəndində baş verib.

Kənd sakini 1995-ci il təvəllüdlü Alıyev Müzadil Şahsəddin oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihar edib.

M.Alıyev bir neçə aydır ki, nişanlıdır və bu yaxınlarda toyu olacaqmış. M. Alıyevin maddi vəsait problemi səbəbindən Novruz bayramı ilə əlaqədar nişanlı olduğu qızın evinə bayram sovqatı apara bilmədiyi üçün özünə qəsd etdiyi bildirilir.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm