Biləsuvarda AĞIR QƏZA: ölən və yaralananların adları məlum oldu - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Biləsuvarda AĞIR QƏZA: ölən və yaralananların adları məlum oldu - YENİLƏNDİ

Biləsuvarda ötən gecə ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub.

Publika.az APA-ya istinadən xəbər verir ki, qəzada ağır xəsarət alan Biləsuvar rayonunun Bəydili kənd sakini, 1972-ci il təvəllüdlü, Zahid Balaqardaş oğlu Dadaşov xəstəxanada dünyasını dəyişib.

Qəzada 1998-ci il təvəllüdlü Tağı Musa oğlu Ağazadə və onun həmyaşıdı olan Bakı şəhər sakini, Nurlan Elxan oğlu Novruzov yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

***

Biləsuvarda baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb.

Publika.az APA-ya istinadən xəbər verir ki, iki minik maşınının toqquşması nəticəsində yaralanan şəxslərin vəziyyəti orta-ağır qiymətləndirilir.

Ölən şəxsin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar Rayon Şöbəsinə təhvil verilib.

Hələlik ölən və yaralanan şəxslərin kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

Biləsuvarda ağır yol qəzası baş verib.

Minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ağır xəsarət alıb. Yaralılar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəsarət alan şəxslərin kimliyi araşdırılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm