Biləcəridə aptekə basqın oldu
Bizi izləyin

Hadisə

Biləcəridə aptekə basqın oldu

Bakının Binəqədi rayonunda quldurluq hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Biləcəri qəsəbəsində aptekə gəlmiş naməlum şəxs orada işləyən qəsəbə sakini Xatirə Nəcəfovanı bıçaqla hədələyib və kassadan 165 manat aparıb.

6-cı polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aygün Əliyeva saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm