Xızıda 5 yaşlı qızın üzərinə qaynar su dağıldı - VƏZİYYƏTİ AĞIRDIR
Bizi izləyin

Hadisə

Xızıda 5 yaşlı qızın üzərinə qaynar su dağıldı - VƏZİYYƏTİ AĞIRDIR

Xızı rayonunda 5 yaşlı qız bədbəxt hadisə nəticəsində yanıq xəsarətləri alıb.

Publika.az xəbər verir ki, hadisə rayonun Giləzi qəsəbəsində baş verib.

Belə ki, mətbəxtdə nəzarətsiz qalan 2013-cü il təvəllüdlü Gülsurə Seyid qızı Mustafayevanın üzərinə qaz üstündə qaynayan su dağılıb. Azyaşlı ağır yanıq xəsarətləri ilə Sumqayıt şəhər TTYX-a çatdırılıb. Müayinə zamanı azyaşlının 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri aldığı müəyyən edilib və dərhal Bakı şəhərinə gətirilib.

Xəstəxanadan bildirilib ki, uşağın vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm