Yevlaxda iki maşın toqquşdu, 1 nəfər...
Bizi izləyin

Hadisə

Yevlaxda iki maşın toqquşdu, 1 nəfər...

Yevlax rayonunda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Ərəş kənd ərazisində baş verib.

Belə ki, "VAZ-2107" markalı avtomobillə "VAZ-2109" markalı avtomobilin toqquşması nəticəsində bir nəfər, 1939-cu il təvəllüdlü Minayə Tahirova Camal qızı xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilin sürücüləri isə xəsarət almadıqları üçün xəstəxanaya müraciət etməyiblər. Lakin hər 2 avtomobilə ciddi ziyan dəyib.

Yaralı sərnişin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm