FHN ağır qəza ilə bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

FHN ağır qəza ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) Saatlı rayonunda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

Publika.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə Saatlı rayonu, Qaralar kəndində "Mercedes" markalı minik avtomobili və "Shacman" markalı yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Yanğınsöndürən-xilasedicilər minik avtomobilinin sürücüsü, 1987-ci il təvəllüdlü Allahverənov Əli Təşkilat oğlunun cəsədini və müxtəlif xəsarətlər alaraq sıxılmış vəziyyətdə qalmış digər sürücü, 1992-ci il təvəllüdlü Rəsulov Mehman Dövlət oğlunu deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm