Bakıda xarici vətəndaşın 14 min dolları oğurlandı
Bizi izləyin

Hadisə

Bakıda xarici vətəndaşın 14 min dolları oğurlandı

Nərimanov rayonu ərazisində yerləşən klubda əcnəbi vətəndaşın cibindən pul və sənədlərini oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, hadisə martın 21-də baş verib. Əcnəbi vətəndaş Cavad Nuravkən Davudun cibindən içərisində 14000 ABŞ dolları, sürücülük vəsiqəsi, hərbi bilet və bankomat kartları olan pul kisəsi oğurlanıb.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Məftunə Mehdiyeva saxlanılıb.

Onun Nəsimi RPİ tərəfindən Cinayət Məcəlləsinin 177 (oğurluq) və 180-ci (soyğunçuluq) maddələri ilə axtarışda olması da müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm