400 minlik toyu olan rəis qızı ilə bağlı birinci əri ŞOK FAKTLARI AÇDI
Bizi izləyin

Hadisə

400 minlik toyu olan rəis qızı ilə bağlı birinci əri ŞOK FAKTLARI AÇDI

Bakıda xuliqanlıqda ittiham olunan Elşən Əsgərli və onun dostları Azər Nəsibov, Nuray Bayramlının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Publika.az xəbər verir ki, bu gün Nərimanov rayon Məhkəməsində hakim İslam Qurbanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, Elşən Əsgərli tanışları Azər Nəsibov və Nuray Bayramlı ilə birlikdə 7 yanvar 2017-ci il tarixdə paytaxtın Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində keçmiş həyat yoldaşının hazırkı əri Oqtay Əhmədova qarşı xuliqanlıq edib.

İstintaq araşdırması zamanı Elşən Əsgərli və tanışlarının Oqtay Əhmədova qarşı xuliqanlıq etməsinin səbəbi məlum olub. Elşən Əsgərli Oqtay Əhmədov və əmisi Şahin Əhmədovun haqqında, eləcə də onların ailə üzvləri barəsində sosial şəbəkələrdə təhqiredici ifadələr işlətməklə məlumatlar yayıb.

Bununla bağlı Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində Elşən Əsgərli tanışları Azər Nəsibov və Nuray Bayramlı ilə birlikdə həmin gün saat 18.30-da Oqtay Əhmədovla görüşüblər.

Görüş zamanı Oqtay Əhmədov Elşən Əsgərlidən onun ailə üzvləri haqqında sosial şəbəkələrdə təhqiredici məlumatlar yaymasının, onlardan əl çəkməməsinin və əmisi Şahin Əhmədovu təhqir etməsinin səbəbini soruşub. Onların arasında mübahisə yaranıb. Elşən Əsgərli Oqtay Əhmədovun sifətinə yumruq zərbəsi vurub, daha sonra Vaqif küçəsində olan "Azpetrol" yanacaqdoldurma məntəqəsi istiqamətində qaçıb. Oqtay Əhmədov da idarə etdiyi avtomobillə onun arxasınca düşüb.

Yanacaqoldurma məntəqəsinin yanında onların mübahisəsi davam edib. Bu zaman Elşən Əsgərli uca səslə Oqtay Əhmədov və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib.

Elşən Əsgərli Oqtay Əhmədovu yenə də vurmaq istəyərkən hadisə yerinə gəlmiş polis əməkdaşları – İlkin Həbibov və Rəsul Ağayev onu sakitləşəməyə çağırıblar, onun əl-qolunu tutaraq, Oqtay Əhmədovu vurmasına imkan verməyiblər.

Bu vaxt Elşən Əsgərlinin tanışları – Nuray Bayramlı və Azər Nəsibov münaqişəni sakitləşdirmək bəhanəsi ilə Oqtay Əhmədovu bir qədər kənara çəkiblər. Orada Azər Nəsibov Oqtay Əhmədovun üz nahiyəsində bir kəllə vurub.

Daha sonra Azər Nəsibov və Nigar Bayramlı zərbənin təsirindən yerə yıxılmış Oqtay Əhmədovun bədənini müxtəlif nahiyələrinə zərblər vurub.

Həmin vaxt polis əməkdaşlarının əlindən çıxan Elşən Əsgərli Oqtay Əhmədova hücum edib, onun ailə üzvlərini nalayiq ifadələrlə söyüb.

Sonra Elşən Əsgərli Oqtay Əhmədovu döyməyə başlayıb. Baş verən hadisə zamanı Oqtay Əhmədov üz və bədən nahiyələrindən xəsarətlər alıb.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci ( bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) və 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə) xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşən Əsgərli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O bildirib ki, 2012-ci ilin sentyabrında Aysel Şükürova ilə ailə həyatı qurub və həmin nikahdan bir övladı olub: “2016-cı ilin yanvarında Nizami rayon Məhkəməsinin qərarı ilə boşanmışıq. Biz ayrıldıqdan sonra normal münasibətimiz yenə də olub. Həftənin şənbə-bazar günləri azyaşlı övladım mənim yanımda, qalan günləri isə keçmiş həyat yoldaşım Aysel Şükürovanın yanında qalıb. Mənim həm Ayselin özü ilə, həm də ailə üzvləri ilə normal münasibətim olub”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2016-cı ilin sentyabrında Ayselin Oqtay Əhmədovla görüşməyə başlamasını və ailə qurmaq istəməsini eşidib: “Aysellə ailəli olmadığım üçün onun kiminlə ailə qurmaq istəməsinin mənimçün heç bir əhəmiyyəti yox idi. Bu ərəfədə şənbə günlərindən birində azyaşlı oğlumun yanında olarkən keçmiş qaynım Samit Şükürov yanıma gəldi, uşağı birgünlük ona verməyimi istədi. Həmin vaxt normal münasibətimiz olduğundan buna etiraz etmədim. Uşağı dayısı Samitə verdim. Samit uşağı məndən alanda bildirdi ki, ertəsi gün uşağı geri qaytaracaq. Səhəri gün Samitə zəng etdim, uşağı nə vaxt gətirəcəyini soruşdum.

Samit uşağın Buzovna qəsəbəsində bağda olduğunu söylədi və uşağı oradan götürməyimi xahiş etdi. Onunla razışadıqdan sonra oğlumu götürmək üçün həmin bağ evinə getdim. Orada məni bağa gözətçilik edən şəxs qarşıladı və bildirdi ki, bundan az əvvəl Oqtay bağa gəlib, mənim uşağımı aparıb. Kənar adamın uşağımı aparması mənə pis təsir etdi. Bu səbəbdən qaynıma zəng edərək, öz iradımı bildirdim. Bundan sonra bizim münasibətlər pisləşməyə başladı”.

Elşən Əsgərlinin sözlərinə görə, 2016-cı ilin dekabrın sonlarında işləri ilə əlaqədar Ukraynaya gedib: “2017-cı il yanvarın 6-da Bakı şəhərinə qayıtmışam. Ailə üzvlərimin deməsindən mənə məlum oldu ki, Ukraynada olduğum ərəfədə hansısa şəxslər Ayselin “İnstaqram” səhfəsinə təhqiredici şərhlər yazıb. Aysel və Oqtay bunun mənim tərəfimdən edilməsini düşünüblər. Telefonum bağlı olduğu üçün məndən şübhələniblər, bu səbəbdən Otqay “İstaqram” səhfəmdə ünvanıma təhqiredici ifadələr yazıb”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bu məsələni aydınlaşdırmaq üçün yanvarın 7-də Oqtayın istifadəsində olan mobil telefona zəng edib: “Telefona cavab verən şəxsin Oqtay olduğunu düşündüyüm üçün onun məni niyə təhqir etməsinin səbəbini soruşdum. Sonra onun da ünvanına təhqiredici ifadə işlətdim. Sonradan məlum oldu ki, Oqtayın həmin nömrəsindən əmisi Şahin Əhmədov istifadə edir”.

Elşən Əsgərli bildirib ki, sonradan münasibətlərini aydınlaşdırmaq məqsədilə Oqtay Əhmədovla “Gənclik” metrostansiyasının yaxınlığında görüş təyin ediblər.

Təqsirləndirilən şəxs qeyd edib ki, görüş yerinə tanışları – Azər Nəsibov və Nuray Bayramlı ilə gedib. Orada mübahisələri olduğunu deyən təqsirləndirilən şəxs söyləyib ki, həmin vaxt onların arasında dava düşüb.

Elşən Əsgərlinin ifadəsinə görə, Oqtay Əhmədov ora əmisi Şahin Əhmədovla birlikdə gəlib. O qeyd edib ki, münasibətlərini aydınlaşdıran zaman Oqtay Əhmədovu vurmayıb.

Mətbuatda yazılan məlumata görə, Elşən Əsgərli Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun qızı Ayselin birinci əri olub. O, boşanandan sonra Oqtay Əhmədovla ailə qurub.

Qüdrət Şükürov qızının ikinci dəfə keçirilən toyuna 400 min manatdan çox pul xərcləməsi barədə də mətbuatda məlumatlar yayılıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm