• USD 1,7000 0,00% EUR 2,0981 -0,30%
    • GBP 2,3933 -0,86% RUB 0,0279 -0,36%

"Evə gəldim, qapı açıq idi, Gülbəniz..." - Bakıda DƏHŞƏTLİ OLAY

  • Hadisə
  • 17 Aprel 2018 15:52
  • 1 272 Baxış
"Evə gəldim, qapı açıq idi, Gülbəniz..." - Bakıda DƏHŞƏTLİ OLAY

Bakıda qətl törətməkdə təqsirli bilinən Sadiq Nəhmətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsindəhakim Eldar İsmayılovun icraatında olan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Sadiq Nəhmətov 12 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2017-ci ilin noyabrında Suraxanı rayonu, Əmircan qəsəbəsində 1965-ci il təvəllüdlü Zahir Hacıağayevi 1981-ci il təvəllüdlü tanışı Sadiq Nəhmətov bıçaqlayaraq öldürüb.

Zahir Hacıağayev əvvəllər məhkum edilib. O, tüfeyli həyat yaşayıb.

Sadiq Nəhmətov özünü təqsirli bildiyini deyib: “Mən Zahirin xalası oğlugildə işləyirdim, orda içki içmişdim. Evə gəlib gördüm qapı açıqdı, televizor da yoxdu. Qonşu Gülbəniz dedi ki, Zahir aparıb. Zahir əvvəl də məndən televizoru istəmişdi, verməmişdim. Çünki özünün də televizoru yox idi. Biz ikimiz də futbol azarkeşi idik, bir yerdə baxırdıq. Həmin gün də “Barcelona”nın oyunu var idi, futbola baxacaqdım. Gəlib gördüm televizor yoxdu, əsəbləşdim. Öyrəndim ki, o, televizoru başqasına satıb. Mən də bıçaq götürüb məhləyə düşdüm. Feyruzla dayanmışdı, söhbət etdik, söyüş söydü, mən də vurdum. Amma neçə bıçaq vurduğumu bilmədim. Zahir televizoru satdığını etiraf etmədi. Öldürmək fikrim yox idi, qorxutmaq üçün bıçaq götürmüşdüm”.

Hacı Zeynalov

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>