Bakıda yaşayış binasındakı yanğın söndürüldü, 3 uşaq xilas edildi - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıda yaşayış binasındakı yanğın söndürüldü, 3 uşaq xilas edildi - (YENİLƏNDİ)

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 60 m2 olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 8 kv.metr sahədə yanıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər azyaşlı mənzildən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, hadisə yerinə dərhal yanğınsöndürmə briqadaları cəlb edilib və alovun yayılmasının qarşısı alınaraq söndürülüb.

***

Bakıda yaşayış binası yanır.

Şahidlərin verdiyi məlumata görə, hadisə paytaxtın Hüseyn Cavid prospekti 186 ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən yaşayış binasının 2-ci mərtəbəsindəki mənzillərdən birində meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğının fotoları sosial şəbəkələrdə yayılıb. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm