Bakıda 6 yaşlı qıza qarşı valideynlərindən İYRƏNC ƏMƏL: hər gün zorla... - DƏHŞƏTLİDİR (FOTO)
Bizi izləyin

Hadisə

Bakıda 6 yaşlı qıza qarşı valideynlərindən İYRƏNC ƏMƏL: hər gün zorla... - DƏHŞƏTLİDİR (FOTO)

Bakının Nizami rayonunda bədənində zorakılıq əlamətləri olan uşaq tapılıb.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadənin Publika.az-a verdiyi məlumata görə, uşaq 10 gündür sığınacağa yerləşdirilib:

“Uşaq hüquq-mühafizə orqanları tərəfindən tapılıb, təxminən 6 yaşındadır. Adının Xatirə olduğunu deyir. Uşaq Ağstafa rayonunun Poylu kəndindən olduğunu bildirib. Amma Bakıda kirayə yaşayırlar. Anasının adı Nuranə, atasının adı Suracdır. Dilənçiliyə məcbur edilir. Üzərindən 11 manat pul tapılıb. Uşaq deyir ki, 10 manatdan az pul yığanda evə getməkdən qorxurmuş, çünki onu döyüb, işgəncə verirmişlər. Buna görə də valideyləri tapıldığı halda məsuliyyətə cəlb ediləcək. Uşağın bədənində yanıq izləri, zorakılıq əlamətləri də var”.

K.Ağazadə bildirib ki, uşaq ailəsinin yanına qayıtmaq istəmir:

"Uşaq roman tayfalarındandır, dilənçilik onların adəti olsa da, o, Azərbaycan vətəndaşıdır. Ən azı buna görə kömək edilməlidir. Uşaq sığınacağa gətiriləndə gigiyenik baxımdan pis durumda idi. 10 gündür sığınacaqda qalır və onun nə qədər ağıllı, oxumağa meyilli uşaq olduğunu müşahidə edirəm. Uşaq hər gün otağa daxil olanda ancaq “Məni anama verməyin” deyir. Bizim də valideynləri axtarmaqda məqsədimiz onu ailəsinə qaytarmaq deyil. Sadəcə uşağın ad, soyadını müəyyən etmək istəyirik. Bundan sonra İnsan alverinə qarşı mübarizə idarəsinə məlumat veriləcək. Həmin valideynləri uşağı bu hala saldıqlarına görə cavab verməlidirlər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm