Hadisə
46 qızı zorlayan falçı SAXLANILDI: “Sevgili olublar”
Falçılıqla məşğul olub 50-yə yaxın qızı zorladığı iddia olunan və özünü Mirseymur kimi tanıdan Ramil Talıbov saxlanılıb.
Yaxın dostu “Qafqazinfo”ya müraciət edərək bildirib ki, dünən mediada qızların açıqlaması yayımlandıqdan sonra R.Talıbov Yasamal RPİ-nin 29-cu Polis Bölməsi tərəfindən saxlanılıb və hazırda orada ifadəsi alınır.
Adının açıqlanmasını istəməyən xanım dostu bildirib ki, R.Talıbov və ondan şikayətçi olan A. Əhmədova bir neçə ay sevgili olublar: “İnstaqramda tanış olublar, 3 ay sonra Ramil ona xəyanət etdi, qız da bunu öyrəndi. Ramildən ayrılarkən ona “gör sənin başına nə oyun açacağam” deyib hədələmişdi. Onlar sevgili kimi bir yerdə olublar, restoranlara gediblər.
Zorlanan qız oğlanla restorana gedər? Yanındakı qız da onun rəfiqəsidir, amma Ramillə heç bir əlaqəsi olmayıb. Polis Ramili saxlasa da, qızları tapa bilmir ki, üzləşdirsin”.
R.Talıbov isə Bakıda taski sürücüsü işləyib: “O, Rusiyada usta kimi işləyirdi, sonra gəlib Bakıda taksi sürməyə başladı. Ramil əvvəl evli olub, boşanıb, bir övladı var”.
-
Sağlamlıq07:08
Səhər oyanan kimi 5 ədəd qoz yesəniz, görün nələr olacaq...
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov