Lənkəran sakininin evindən saxta əskinaslar götürüldü
Bizi izləyin

Hadisə

Lənkəran sakininin evindən saxta əskinaslar götürüldü

Lənkəran şəhər sakininin evinə baxış zamanı saxta əskinaslar, habelə heroin və metamfetamin aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında Lənkəran ŞRPŞ və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Lənkəran şəhər sakini Əli Həsənovun evinə baxış zamanı 24 ədəd 100 manatlıq və 45 ədəd 50 manatlıq saxta əskinas, habelə 0,216 qram heroin və 0,205 qram metamfetamin aşkar edilərək götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm