Goranboyda güclü yağış maşınların hərəkətində problem yaratdı - - FOTO
Bizi izləyin

Hadisə

Goranboyda güclü yağış maşınların hərəkətində problem yaratdı - - FOTO

Goranboy rayonunda sel suları nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

"Report"un məlumatına görə, güclü yağış, əsasən Goran dairəsi adlanan ərazidən Naftalan, Tərtər, Bərdə və digər rayonlar istiqamətində olan yollarda problemə səbəb olub.

Yağışdan sonra Goran ərazisindəki körpünün ətrafında gediş-gəliş iflic olub. Bəzi sürücülər mühərrikin sıradan çıxmasından ehtiyatlanaraq, sel sularının olduğu yoldan geri qayıdaraq, alternativ yollardan istifadə etmək məcburiyyətində qalıblar.

Rayon ərazisində güclü yağış 1 saata yaxın davam edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm