Goranboyda qəza: piyadanı vuran sürücü qaçdı
Bizi izləyin

Hadisə

Goranboyda qəza: piyadanı vuran sürücü qaçdı

Goranboyda piyadanı avtomobil vurub.

Hadisə rayonun Veyisli kəndində baş verib. Yolu keçmək istəyən kənd sakini, 1962-ci il təvəllüdlü Tağıyev Arif Cəlil oğlu hələ ki, markası və sürücüsü məlum olmayan avtomobil tərəfindən vurulub. Xəsarət alan A. Tağıyev xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisəni törədən sürücü avtomobillə hadisə yerindən qaçıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm