Bakıda mənzildən qadın meyiti tapıldı
Bizi izləyin

Hadisə

Bakıda mənzildən qadın meyiti tapıldı

Bakıda mənzildən qadın meyiti tapılıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açmış və orada aşkarlanan 1929-cu il təvəllüdlü Qədirliyeva Züleyxa Yusifna qızının cəsədini aidiyyəti üzrə təhvil verib.

Əməliyyat başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm