MTN generalları rütbədən məhrum edildi - QƏRAR
Bizi izləyin

Hadisə

MTN generalları rütbədən məhrum edildi - QƏRAR

Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətovanın rütbələrinin alınması barədə Prezident İlham Əliyevə təqdimat göndərilməsi barədə qərar qəbul edilib.

Publika.az xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrlik etdiyi kollegiya qərar qəbul edib.

Qərara görə, hökm qanuni qüvvəyə minəndən sonra hər üç general Prezidentin sərəncamı ilə general rütbəsindən məhrum ediləcək.

Dövlət Təhlükəsizlik Xidmətinin 1 milyon manatlıq mülki iddiası təmin edilib, zərərçəkmişlərin mülki iddiası qismən təmin edilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Həmçinin generallar və digərlərinin həbsdə olan mülklərinin bir qismi müsadirə olunub. Əmlakların bəzilərinin üzərindən həbs götürülüb.

Məhkəmə zalından çıxan Natavan Mirvətova jurnalistlərə açıqlama verməkdən imtina edib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm