Bakı metrosundakı İNTİHARLA bağlı YENİ FAKTLAR
Bizi izləyin

Hadisə

Bakı metrosundakı İNTİHARLA bağlı YENİ FAKTLAR

Dünən Bakı metropolitenində baş vermiş dəhşətli intiharla bağlı bəzi məqamlar üzə çıxıb.

Nəsimi rayonu ərazisində - metronun “28 May” stansiyasında sərnişinlərin gözü qarşısında özünü qatarın altına ataraq intihar edən Lənkəran şəhər sakini, 1976-cı il təvəllüdlü Səfərova Ruhəngiz Canəli qızı ailəli olub. O, 2 uşaq anası imiş.

Bildirilir ki, Ruhəngiz Səfərova son vaxtlar psixoloji problemlər yaşayırmış və səhhətində bu səbəbdən narahatlıqlar yaranıbmış. O, Lənkəranda doğulsa da, uzun müddət imiş ki, Bakıda yaşayıb.

Xatırladaq ki, dünən günorta saatlarında İçəri şəhər - Həzi Aslanov istiqamətində hərəkət edən 14 saylı qatar 28 may stansiyasına daxil olarkən 30-35 yaşlarında gənc qadın özünü qatarın altına atıb. O, qatar relsinin üzərinə düşdüyündən başı bədənindən ayrılıb.

Qeyd edək ki, dünən bəzi saytlarda Ruhəngiz Səfərovaya aid olduğu iddia edilən foto yayılıb. Qeyd edilib ki, onun üzərindən məktub tapılıb. Eyni zamanda bildirilirdi ki, guya R.Səfərovanın atası onu Fərrux adlı şəxsə ərə verdiyi üçün özünü öldürüb. Lakin ilkin istintaq zamanı bu iddialar təsdiqini tapmayıb və tamamilə yanlış olduğu üzə çıxıb. Vəfat etmiş qadının qohumları yayılan bu yalan məlumatlara son qoyulması üçün hüquq-mühafizə orqanlarına müraciət ediblər. (lent.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm